AZ

"Real” səfərdə “Atletik”i məğlub etdi

İspaniya La Liqasının 19-cu turu çərçivəsində keçirilən “Atletik” – “Real” matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “San-Mames Barriya” stadionunda baş tutan görüşdə qonaqlar 3:0 hesabı ilə qalib gəlib.

“Real”ın hücumçusu Kilian Mbappe matçı 7-ci dəqiqədə açıb. 42-ci dəqiqədə Eduardu Kamavinga fransız hücumçunun ötürməsindən istifadə edərək Madrid klubunun ikinci qolunu vurub. İkinci hissədə Mbappe 59-cu dəqiqədə fərqlənərək dubli tamamlayıb. Qonaqların yarımmüdafiəçisi Kamavinga isə 69-cu dəqiqədə zədələndiyi üçün meydanı tərk edib.

Hazırda “Real” 36 xalla La Liqa cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan yalnız 1 xal geri qalır. “Atletik” isə 20 xalla səkkizinci sıradadır.

Növbəti matçlarda “Real” 7 dekabrda “Selta” ilə qarşılaşacaq, “Atletik” isə 6 dekabrda Madridin “Atletiko”sunu qəbul edəcək.

Seçilən
14
90deqiqe.az

1Mənbələr