AZ

Moskva-Pxuket reysini yerinə yetirən təyyarə Domodedovo limanına qəza enişi edib

Moskva, 4 dekabr, AZƏRTAC

Moskva-Pxuket reysini yerinə yetirən sərnişin təyyarəsi mühərrikdə yanğın səbəbindən Domodedovo hava limanına qayıdıb.

AZƏRTAC xəbər verir ki, Moskva-Pxuket reysini yerinə yetirən və sol mühərrikdə yanğın baş verən “Red Wing” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiya paytaxtının Domodedovo hava limanına qəza enişi edib.

“Boeing-777” təyyarəsinin hava limanından qalxandan dərhal sonra qəza siqnalı verdiyini bildirilmişdi. Təyyarədə 412 sərnişin olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
20
azertag.az

1Mənbələr