AZ

ABŞ liderliyində həyata keçirilən rejim dəyişiklikləri niyə çox vaxt fəlakətlə nəticələnir?

Son 120 ildə 35 xarici lideri devrən ABŞ üçün bu çevrilişlər uğursuz presedentlər yaradıb...

Poliqon xəbər verir ki, Foreign Policy nəşri ABŞ-nin rejim dəyişikliyinə yönəlik siyasətinin nəticələrini təhlil edərək, bu cür müdaxilələrin çox zaman gözlənilən siyasi nəticələr əvəzinə fəlakətli prosesləri sürətləndirdiyini yazıb.

Nəşrin məlumatına görə, son 120 ildə Vaşinqton dünyanın müxtəlif ölkələrində 35 liderin devrilməsində birbaşa rol oynayıb ki, bu da bütün xarici müdaxilələrlə həyata keçirilən çevrilişlərin təxminən üçdə birinə bərabərdir.  Foreign Policy qeyd edir ki, bu əməliyyatların böyük qismi uzunmüddətli uğursuzluqla nəticələnib.

Məqalədə bildirilir ki, prezident Donald Trampın administrasiyası Venesuelaya qarşı hərbi və gizli təzyiqi artırmaqla, İrana və Yəmənə endirilmiş zərbələrdən sonra Vaşinqtonun güc tətbiqinə əsaslanan xəttini davam etdirir. Analitiklər xəbərdarlıq edirlər ki, belə müdaxilələr nadir hallarda dayanıqlı siyasi nizam yaradır.

Tarixi presedentlər, İraqdan tutmuş Panamaya qədər göstərir ki, xaricdən hakimiyyətin zorla dəyişdirilməsi çox vaxt vətəndaş müharibələrinə, təhlükəsizlik boşluqlarına və daha radikal qüvvələrin yüksəlişinə yol açır. ABŞ alimi professor Aleksandr Daunsun araşdırmalarına istinad edən FP yazır ki, belə müdaxilələrin uğurlu nəticə verməsi yalnız möhkəm demokratik instituta və stabil iqtisadiyyata malik ölkələrdə mümkündür. Venesuela isə bu kateqoriyaya aid edilmir.

Ekspertlər xəbərdarlıq edirlər ki, Nikolas Maduronun devrilməsinə yönəlik potensial cəhdlər İraqda buraxılmış strateji səhvlərin təkrarlanmasına gətirib çıxara bilər. ABŞ-ın o dövrdəki müdaxiləsi İraqı illərlə sektant qarşıdurmasının mərkəzinə çevirərək genişmiqyaslı humanitar böhrana səbəb olmuşdu.

Foreign Policy yazır ki, Venesuelada geniş xalq dəstəyi qazanan müxalifət lideri Mariya Korina Maçadoya rəğmən, Maduronun dövlət institutları üzərində nəzarəti güclü olaraq qalır. Bu şəraitdə xaricdən müdaxilə və ya “azadlıq missiyası” kimi təqdim edilən addımlar, İraq müharibəsi dövründəki ritorikanı xatırladan dərəcədə risklidir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr