Moskva–Pxuket reysi üzrə uçan "Red Wings" sərnişin təyyarəsi mühərrikin yanması səbəbindən təcili eniş edib.
"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, yanğın enişdən əvvəl söndürülüb.
"Flight Radar"ın məlumatına görə, təyyarə Domodedovodan saat 21:19-da (Bakı vaxtı ilə 22:19) havaya qalxıb və bu müddət ərzində Moskvanın cənub hissəsi üzərində dövrə vurub. Aviasiya xidmətlərindən bildirilib ki, təyyarə gözləmə zonasına daxil olub və yanacağı sərf edib.
İlkin məlumata görə, bortda 400-dən çox insan olub (412 sərnişin və 13 ekipaj üzvü). Təyyarə saat 22:38-də (Bakı vaxtı ilə 23:38) Domodedovoya enişə hazırlaşırdı. Hadisəyə baxmayaraq, hava limanı normal rejimdə fəaliyyətini davam etdirir.
Telegram kanalımız