AZ

Cənubi Koreya Şimali Koreyadan üzr istəməyi NƏZƏRDƏN KEÇİRİR

Cənubi Koreya Şimali Koreyadan üzr istəməyi düşünür.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Prezident Li sələfinin dron təxribatlarına görə Pxenyandan üzr istəmək istəyir, lakin daxili siyasi təzyiqlərdən çəkinir.

Cənubi Koreya rezidenti Li Çje Myon Şimali Koreyadan (KXDR) sərhədyanı təxribatlara görə üzr istəmək imkanını nəzərdən keçirdiyini bəyan edib.

İstintaqın versiyasına görə, Şimali Koreya üzərində təbliğat vərəqələri yayan dronların uçuşu onun sələfi, eks-prezident Yun Sok Yol tərəfindən təşkil edilib.

Li Seulda keçirilən mətbuat konfransında deyib: “Hesab edirəm ki, üzr istəməliyəm, lakin bunu uca səslə deməyə tərəddüd edirəm”.

Dövlət başçısı əlavə edib ki, bu addımın ölkə daxilində ideoloji mübarizələrdə alətə çevriləcəyindən və ya onun “Şimala rəğbət bəsləməkdə” ittiham olunacağından ehtiyatlanır.

Qeyd olunur ki, bu bəyanat Yunun dövründə hərbi vəziyyət tətbiq etmək cəhdinin ildönümü fonunda səsləndirilib.

Xatırladaq ki, həmin hadisə kəskin siyasi böhrana, eks-prezidentin impiçmentinə, vəzifədən uzaqlaşdırılmasına və nəticədə cinayət təqibi ilə həbsinə səbəb olmuşdu.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr