AZ

Bir donordan 300 GÖZ – Korluğa son qoyan İNQİLABİ KƏŞF

Tarixdə ilk dəfə kor qadının görmə qabiliyyəti 3D-printerlə bərpa edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İsrailli cərrahlar 70 yaşlı qadına 3D-printerdə çap edilmiş buynuz qişa köçürərək tibbdə inqilaba imza atıblar.

Tarixdə ilk dəfə olaraq görmə qabiliyyətini itirmiş şəxsin gözləri bu üsulla açılıb. İmplant donorun insan hüceyrələrindən bioloji qurğuda sıfırdan yetişdirilib.

Bildirilir ki, bu implant təbii buynuz qişanı dəqiqliklə təkrarlayır və heç bir fəsad olmadan orqanizmə uyğunlaşır (bitişir).

Ən vacib məqam isə ondan ibarətdir ki, bir donor buynuz qişasının hüceyrələrindən bu cür 300-ə qədər implant çap etmək mümkündür.

Bu texnologiya korluqdan əziyyət çəkən milyonlarla insan üçün ümid işığı ola bilər.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
96
interpress.az

1Mənbələr