BAKI, 4 dekabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun yaxın vaxtlarda Latın Amerikasında narkokartellərə qarşı mübarizə çərçivəsində quru hədəflərinə hava zərbələri endirməyə başlayacağını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı verib.
O, narkotik daşınmasında istifadə edildiyi iddia olunan katerlərə endirilən zərbələrin məqsədəuyğun olduğunu bir daha vurğulayıb.
“Çox tezliklə eyni şeyi quru hədəflərinə qarşı da edəcəyik. Çünki bütün marşrutları, bütün binaları bilirik. Onların bu zəhəri harada istehsal etdiyini, harada topladıqlarını bilirik. Düşünürəm ki, çox yaxın vaxtlarda bunu quruda da görəcəksiniz”, - ABŞ prezidenti bildirib.
Vaşinqton həmçinin Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir.