AZ

Finlandiya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil

Finlandiya Ukraynaya birbaşa təhlükəsizlik zəmanətləri təqdim etməyə hazır deyil.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo Yle nəşrinə açıqlamasında bildirib.

O, bunu İsveçin Baş naziri Ulf Kristerssonla danışıqlardan sonra səsləndirib.

“Bu məsələlərin mahiyyəti fərqlidir. Real təhlükəsizlik zəmanətləri əsasən böyük Avropa ölkələri və ABŞ tərəfindən verilə bilər”, – Orpo deyib.

Baş nazir vurğulayıb ki, Helsinki rəsmi zəmanət təqdim etməyə hazır olmasa da, təhlükəsizlik tədbirlərinin təşkilində iştirak edə bilər:

“Təhlükəsizlik zəmanətləri çox ciddi məsələdir. Biz hazırda belə zəmanətlər verməyə hazır deyilik, lakin təhlükəsizlik təşkilatına dəstək göstərə bilərik”.

Seçilən
41
apa.az

2Mənbələr