AZ

Honq Konqdakı yanğında ölənlərin sayı 159-a çatdı - İtkinlər xarici ölkə vətəndaşlarıdır

BAKI, 4 dekabr. TELEQRAF

Honq Konqda son onilliklərin ən faciəli yanğınında həlak olanların sayı 159 nəfərə yüksəlib. Qurbanlar arasında bir körpə və 97 yaşlı sakin də var.

Teleqraf xəbər verir ki, Honq Konq polisi bildirib ki, səkkiz bloklu mənzil kompleksinin yalnız yanmayan bir blokunda yaşayan sakinlərə əşyalarını götürmək üçün 90 dəqiqəlik icazə verilib. Digər bloklarda axtarışlar davam edir, meyitlərin bəziləri damlarda, pilləkənlərdə və külə dönmüş vəziyyətdə tapılıb.

159 qurbanın 140-ı artıq tanınıb. Onların 91-i qadın, 49-u kişidir. Ölənlər arasında 1 və 97 yaşlı şəxslər də var.

İndoneziya və Filippindən olan məişət işçiləri daxil olmaqla 31 nəfər hələ də itkindir.

Bildirək ki, polis indiyə qədər 21 nəfəri ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə saxlayıb. Honq Konqun Korrupsiyaya qarşı Mübarizə Komissiyası binanın təmirində korrupsiya ehtimalını araşdırır.

Seçilən
9
teleqraf.com

1Mənbələr