AZ

Konqresdən tələb: Venesuelaya qarşı hərbi əməliyyatlara icazə verilməsin

BAKI, 4 dekabr. TELEQRAF

ABŞ Senatına prezident Donald Tramp administrasiyasına Venesuelaya qarşı Konqresin razılığı olmadan hərbi güc tətbiq etməyi qadağan edən qətnamə təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Senatının üzvü Tim Keynin rəsmi saytında məlumat dərc olunub.

Sənəd Tim Keyn, respublikaçı senator Rend Pol, demokrat senator Adam Şiff və Senatdakı demokrat azlığın lideri Çak Şumer tərəfindən hazırlanıb. Qətnamənin məqsədi ABŞ Silahlı Qüvvələrinin Konqresin icazəsi olmadan Venesuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlara cəlb edilməsinin qarşısını almaqdır.

Qanunvericilər diqqətə çatdırıblar ki, Tramp 2 dekabr tarixində narkomafiya ilə mübarizə çərçivəsində Latın Amerikasında quru hədəflərinə tezliklə zərbələr endirilə biləcəyini bəyan edib.

Rend Pol bildirib ki, amerikalılar Venesuela ilə açıq müzakirə və səsvermə olmadan sonsuz müharibəyə sürüklənmək istəmir. Onun sözlərinə görə, ABŞ-nin digər ölkələrin daxili işlərinə müdaxiləsinə qarşı ardıcıl mövqe sərgilənməlidir.

Qətnamədə vurğulanır ki, ABŞ-də müharibə elan etmək səlahiyyəti yalnız qanunverici orqan olan Konqresə məxsusdur. Sənəddə Konqresin Venesuela ilə müharibə elan etmədiyi və bu ölkəyə qarşı hərbi güc tətbiqinə icazə vermədiyi xüsusi qeyd olunur. Eyni zamanda Vaşinqtonun Venesuelaya qarşı güc tətbiqini dayandırmalı olduğu da vurğulanır.

Seçilən
67
teleqraf.com

1Mənbələr