AZ

ABŞ Senatına Venesuelaya qarşı güc tətbiqinin qadağan olunmasını tələb edən qətnamə təqdim edilib

Bakı. Trend:

Bir neçə amerikalı senator Prezident Donald Trampadministrasiyasına Konqresin icazəsi olmadan Venesuelaya qarşıhərbi güc tətbiq etməmək çağırışı ilə sənəd təqdim edib.

Trend xəbər verir ki, bubarədə Virciniya ştatından demokrat senator Tim Keynin rəsmisaytında yayımlanan açıqlamada bildirilir.

Qətnamə Tim Keyn, Kentakidən respublikaçı Rənd Pol,Kaliforniyadan demokrat Adam Şiff və Senatda demokrat azlığınlideri Çak Şumer (Nyu-York) tərəfindən hazırlanıb. Sənəd ABŞSilahlı Qüvvələrinin Konqresin razılığı olmadan "Venesuelaərazisində və ya ona qarşı hərbi əməliyyatlarda iştirakınınqarşısını almağı" hədəfləyir.

Sənədi hazırlayan senatorlar diqqəti Trampın 2 dekabrda LatınAmerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində ABŞqüvvələrinin yaxın zamanda quru hədəflərinə zərbələr endirməyəhazır olması barədə açıqlamasına yönəldiblər.

“Amerikalılar ictimai müzakirə və səsvermə aparılmadan Venesuelailə sonsuz bir müharibəyə cəlb olunmaq istəmirlər”, – ABŞ-nin digərölkələrin daxili işlərinə müdaxiləsinə daim qarşı çıxan Polbildirib.

Qətnamədə vurğulanır ki, ABŞ-də müharibə elan etmək səlahiyyətiyalnız Konqresə məxsusdur.

“Konqres nə Venesuelaya, nə də Venesueladakı hər hansı şəxsə vəya quruma qarşı müharibə elan edib, nə də bu ölkədə və ya ona qarşıhərbi güc tətbiqinə icazə verib”, – sənəddə qeyd olunur. Mətnəəsasən, Vaşinqton müvafiq güc tətbiqini dərhal dayandırmalıdır.

Seçilən
81
az.trend.az

1Mənbələr