AZ

Vaşinqton və Pekin uzunmüddətli perspektivdə “yaxşı rəqiblər” olacaq ABŞ Maliyyə Nazirliyi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və Çin uzunmüddətli perspektivdə bir-birinin “gözəl strateji rəqibləri” olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

“Hazırda vəziyyət çox yaxşıdır. Çin uzunmüddətli perspektivdə bizim strateji rəqibimiz olacaq”, – deyə o, "Fox News" telekanalına müsahibəsində vurğulayıb.

Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpinq arasındakı yaxşı münasibətlər Vaşinqtonun Pekinlə fikir ayrılıqlarını yumşaltmasına imkan verib. “Düşünürəm ki, Trampın prezidentlik müddətinin sonunadək hər şey yaxşı olacaq, biz gözəl rəqiblər olacağıq”, – deyən Bessent, bu rəqabətdən ABŞ-ın qalib çıxacağına inandığını ifadə edib.

Tramp noyabrın sonunda bildirib ki, Çin sədrilə telefon danışığı zamanı onun 2026-cı ilin aprelində Çini ziyarət etmək dəvətini qəbul edib. ABŞ prezidentinin sözlərinə görə, bundan sonra Si Cinpinqin də Amerikaya dövlət səfəri nəzərdə tutulur.

Bessent noyabrın əvvəlində demişdi ki, Tramp və Si Cinpinq 2026-cı ildə dörd görüş keçirə bilərlər. Onun sözlərinə görə, iki dövlət səfəri ilə yanaşı, liderlər həm Floridanın Doral şəhərində keçiriləcək G20 tədbirində, həm də Çinin Şençjen şəhərində təşkil olunacaq Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının forumunda danışıqlar apara bilərlər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
bizimyol.info

1Mənbələr