AZ

İnstitutun adını Trampın şərəfinə dəyişdirdilər - FOTO

ABŞ Dövlət Departamenti Vaşinqtonda yerləşən  Amerika Birləşmiş Ştatları Sülh İnstitutunun (USIP) adını ABŞ prezidenti Donald Trampın şərəfinə dəyişdirib. 

"Unikal" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"Dövlət Departamenti Sülh İnstitutunun adını ölkəmizin tarixində ən böyük danışıqlar aparan şəxs adlandırıb. Donald Tramp Sülh İnstitutuna xoş gəlmisiniz", - bəyanatda deyilir.

Mətbuat xidməti Ağ Ev rəhbərinin adının ilk dəfə göründüyü institutun binasının fotosunu da paylaşıb. 

Gülayə Mecid 

Seçilən
79
1
unikal.az

2Mənbələr