AZ

Tələbənin ölümünə səbəb olan sürücüyə nə qədər cəza verilib?

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Alim Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, hadisə 5 oktyabr 2024-cü il tarixdə, saat 07:45 radələrində Göygöl rayonunda qeydə alınıb.


Belə ki, Alim Bəşirovun idarə etdiyi "Opel" markalı avtomobillə "VAZ-21015" markalı maşın toqquşub. Nəticədə Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb. Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.
 

Göygöl Rayon Məhkəməsinin hökmü ilə Alim Bəşirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: Fariz Məhərrəmov və Heydər Hüseynov, eləcə də qəza nəticəsində dünyasını dəyişən Ramal Qurbanzadə Gəncə Dövlət Aqrar Universitetin tələbələri olub.
 

Kamal Məmmədov 




Tarix: 4 Dekabr 2025, 09:20   
Seçilən
49
3
pravda.az

4Mənbələr