AZ

Əksər insanlar dünyanı qəzet kimi oxuyur




Sən elə bir kitab­san ki, onun sətirləri mürəkkəblə deyil — yaşanmış ağrılar, sükutlar, qələbələr, itkilər, yuxusuz gecələr və nadir həqiqi sevinc anları ilə yazılıb. Səni sürətlə oxumaq mümkün deyil — sətirlərin nəfəs, pauza və daxili işıq tələb edir.

Əksər insanlar dünyanı qəzet kimi oxuyur: tələsik, səthi, yalnız başlıqlara baxaraq. Onlar insanı üz qabığına, ilkin təəssürata və özlərinə sərf edən kateqoriyalara görə qiymətləndirirlər — çünki ruhu yormamaq daha rahatdır.
Amma sən tamam başqa bir dildə yazılmısan — dərinliyin, dürüstlüyün və bəzən yaralayan təcrübənin dili ilə.

Sən onların qısa formullarına sığmayanda, narahat olurlar.
Bu — sənin çətin olduğuna görə deyil,öz içlərində səninlə eyni dərinliyə enməkdən qorxduqları üçündür. Düşünməyə, hiss etməyə, dəyişməyə məcbur edən mətn insanları qorxudur.

Ancaq həqiqət sadədir:hər oxucu hər kitabın layiqi deyil.

Özünü başqalarının rahatlığı üçün sadələşdirmə, öz hekayəni onların səthi süjetlərinə uyğunlaşdırmağa çalışma. Səni anlamayanlardan izah tələb etmə — onlar heç vaxt ruhun dilini öyrənməyi seçməyiblər.

Sənin üçün doğru olan insanlar isə səni gözlərlə yox, ürəklə oxuyacaqlar. Onlar taleyinin vergüllərinə, pauzalarına, sətrlər arasındakı gizli mənalara diqqətlə baxacaqlar. Onlar sənin dilini öyrənəcəklər, çünki anlayacaqlar:sənin sözlərinin arxasında kəşf etməyə dəyər canlı bir dünya var.

Və həmin insanlar gəldikdə anlayırsan ki: sən heç vaxt çətin olmamısan. Sən sadəcə həqiqi idin.

David Seliverstov,

Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri
Seçilən
29
1
newscenter.az

2Mənbələr