AZ

Ceyhun Bayramov Hakan Fidanla görüşüb

Dekabrın 3-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.

Seçilən
54
39
aznews.az

8Mənbələr