AZ

Qurban Qurbanov: “İstəyərəm, oyun sayım 1000-ə çatsın” - Video

style='margin-bottom:10px;'>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunda 800-cü oyununa çıxmasından danışıb.

QOL.az xəbər verir ki, o, Azərbaycan kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"la keçirilən oyundan (3:0) sonra mətbuat konfransında bu haqda sualı cavablandırıb. Təcrübəli mütəxəssis qeyd edib ki, bu cür statistikanın olması ona əlavə motivasiya verir: 

“Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir. Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur. Əgər 200-300 uğurlu oyun keçirmişəmsə, niyə də 1000-ə çatmasın? Uğursuz olduğu halda isə bəlkə də bunun xüsusi mənası qalmaz. Hər bir halda üzərimizə düşən işi yerinə yetirməliyik. Qarşıdakı illərdə də daha intizamlı və məsuliyyətli olmağa çalışacağıq.”

 

Seçilən
91
1
teleqraf.com

2Mənbələr