
“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki bütün rusların və ya Rusiya vətəndaşlarının telefonlarının dinlənilməsi barədə göstəriş verib”.
Missiya.Az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aram Qabrelyanov özünün “Facebook” sosial media hesabında məlumat yayıb.
“Beləliklə, rusların bəzi danışıqları saxtalaşdırılacaq, sanki onlar dövlət çevrilişi planlaşdırırlarmış kimi. Bu məqsədlə Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq. Daha sonra onlar Rusiya hərbi bazasının çıxarılmasını tələb etməyə başlayacaqlar. Ermənistanda dəhşətli iqtisadi böhran başlayacaq. Rusların ovu başlayacaq. Paşinyan xalqa qışqıracaq ki, səbrli olun, çünki biz Rusiyadan müstəqillik qazanırıq”, - deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə, bu hadisələrin ardınca isə Ermənistan iqtisadiyyatı Türkiyə və Azərbaycan təsirindən asılı hala gələcək. Paşinyanın kəşfiyyat xidmətləri xalqa qarşı müharibə başladacaq. Çoxlu qan töküləcək.
Daşqın HəsənovMissiya.Az