AZ

ABŞ də kütləvi qətliam planlaşdıran immiqrant tələbə saxlanılıb

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də kütləvi qətliam planlaşdıran pakistanlı immiqrant tələbə saxlanılıb.

Bu barədə "New York Post" nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı pakistanəsilli ABŞ vətəndaşı Lukman Xan silah-sursat arsenalı ilə ələ keçib.

Hüquq-mühafizə orqanları onun üzərindən Delaver Universitetinin polis bölməsinə hücum planının təfərrüatlarını özündə əks etdirən dəftər qeydlərini götürüblər.

Qeydlərdə "hamını öldürmək" və "şəhidliyə" nail olmaq niyyəti də ifadə olunub.

Pakistanlı tələbə hazırda qanunsuz silah saxlama ittihamı ilə həbsdədir. /oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
moderator.az

3Mənbələr