Bakı. Trend:
Bu ilin 10 ayı ərzində Türkiyə ilə Naxçıvan Muxtar Respublikasıarasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5faiz artaraq 47,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Naxçıvan Muxtar Respublikasının İqtisadiyyatNazirliyinə isitnadən xəbər verir.
Məlumata görə, Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü iləmüqayisədə 24,8 faiz artıb. Türkiyə muxtar respublikanın xariciticarət dövriyyəsində ilk yeri tutaraq 46,5 faizlik paya malikolub.
Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxantumu, meyvə qurusu, plastik və travertin daş məhsullarının ixracıhəyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq və kəndtəsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstilməhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.
Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyükhissəsini Türk şirkətləri təşkil edir. Hazırda muxtar respublikadaiqtisadiyyatın müxtəlif sahələrində Türk iş adamları ilə birgəyaradılmış sahibkarlıq subyektləri aktiv fəaliyyət göstərir.
Sahibkarlığın İnkişafı Fondu, eləcə də sahibkarların şəxsitəşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında kiçik, ortavə böyük həcmli çoxsaylı layihələrin icrasına start verilib.
Bildirilib ki, cari ilin 11 ayı ərzində Azərbaycan Biznesininİnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığınİnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək verilərək 22 milyonmanatdan çox güzəştli kredit ayrılıb. Verilmiş kreditlər hesabınayeni iş yerlərinin təsis olunması imkanı yaranıb ki, bu da sosialrifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına töhfə verir.
Qeyd edilib ki, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçünyeni vergi, gömrük və sosial güzəştlər paketi hazırlanıb.Güzəştlərin 2026-cı ilin yanvarından tətbiqi nəzərdə tutulur.
Vurğulanıb ki, bu paket regionda fəaliyyət göstərən iş adamlarıüçün əlavə üstünlüklər yaradacaq, həm istehsal, həm də ixracimkanlarını genişləndirərək daha rəqabətqabiliyyətli biznes mühitiformalaşdıracaq.