AZ

Milli Məclisin deputatı Rövşən Muradov növbəti dəfə səyyar qəbul keçirib -Fotolar



2025-ci il dekabrın 3-də Milli Məclisin deputatı Rövşən Muradov Abşeron rayonu, Ceyranbatan Peşə Liseyinin yataqxanası, Laçın rayonu Bayram Məmmədov adına Minkənd kənd tam orta məktəbində Laçın rayon sakinləri ilə səyyar qəbul keçirib.

aia.az xəbər verir ki, qəbulda çıxış edən deputat 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən, ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi proseslərdən, son aylarda icra olunan layihələrdən və qarşıdakı hədəflərdən danışıb.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib. Rövşən Muradov qaldırılan məsələlərin diqqətdə saxlanılacağını vurğulayıb. Qaldırılan problemlərin bir hissəsi yerindəcə izah olunub, digər məsələlərlə bağlı isə aidiyyəti dövlət qurumlarına məlumat göndəriləcəyi bildirilib.



Seçilən
41
aia.az

1Mənbələr