AZ

“Putinlə görüşdən nə alınacağını deyə bilmərəm” –Tramp

“Stiv Vitkoffun Vladimir Putinlə Moskvadakı görüşü olduqca yaxşı keçib. Lakin bu görüşdən nə alınacağını deyə bilmərəm”

AzPost bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp Ağ Evdə çıxışı zamanı deyib.

Ağ Evdə çıxış edən Tramp bildirib ki, Vitkoff və prezidentin kürəkəni Cared Kuşnerin sözlərinə görə, Putin sülhə sadiqdir. “Onlar elə təəssürat yaratdılar ki, o, müharibənin bitməsini istəyir”, – deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, danışıqlarda irəliləyiş indi Ukraynadan asılıdır. “Bu görüşdən nə çıxacağını sizə deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır”, – deyə ABŞ prezidenti  əlavə edib ki, Vaşinqton Kiyevlə bəzi məsələləri kifayət qədər yaxşı həll edib.

Vitkoff və Kuşner növbəti danışıqlarını Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə keçirəcəklər. Associated Press-in məlumatına görə, onların dekabrın 4-də Mayamidə görüşməsi planlaşdırılır.

AzPost.az

Seçilən
9
azpost.info

1Mənbələr