AZ

4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib

Azərbaycanda 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Missiya.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Gəncə, Gəncə-Saatlı və Sumqayıt-Göyçay avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən olunub.

Belə ki, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Musayev Niyazı Mürşüd oğlu, Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Gəncə-Saatlı marşrutu üzrə fiziki şəxs Ağaşov Əlsafa Tapdıq oğlu, Sumqayıt-Göyçay marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Seçilən
5
20
missiya.az

10Mənbələr