AZ

İlk dəfə asteroiddə şəkər kəşf edildi

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiyanın Tohoku Universitetindən Yoşihiro Furukavanın rəhbərlik etdiyi qrup “Bennu” asteroidinin nümunələrində ilk dəfə olaraq riboza şəkəri və yerdən kənar mənşəli qlükoza aşkar edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə tədqiqat “Nature Geoscience” jurnalında dərc olunub.

Araşdırmalara görə, NASA-nın “OSIRIS-Rex” missiyası tərəfindən Yerə gətirilən nümunələrdə həyat üçün vacib olan şəkər, qlükoza, həmçinin fövqəlnova partlayışlarından qalan yüksək miqdarda toz aşkar edib.

Belə ki, riboza RNT-nin əsas komponentidir və onun mövcudluğu əvvəllər kəşf edilmiş nukleobazalar və amin turşuları ilə birlikdə həyat üçün təməl daşlarınn gənc Günəş sistemində geniş yayıldığını göstərir.

Maraqlıdır ki, nümunələrdə DNT üçün vacib olan dezoksiriboza şəkəri tapılmayıb.

Tədqiqatçılar bunun dolayı yolla ilk həyat formalarının DNT deyil, RNT-yə əsaslandığını irəli sürən ”RNT dünyası” hipotezini dəstəklədiyinə inanırlar.

İkinci tədqiqat zamanı əvvəllər heç bir meteoritdə müşahidə edilməyən sirli polimerə bənzər material aşkar edilib. Bu material oksigen və azotla zəngin zəncirlərdən ibarətdir. Alimlər bu maddəni “kosmik saqqız”la müqayisə edirlər: o, bir vaxtlar yumşaq və çevik olub, sonra bərkiyib, lakin bir qədər deformasiyaya uğramaq qabiliyyətini saxlayıb.

Təhlillər nəticəsində məlum olub ki, onun kimyəvi tərkibi daha xaotik quruluşa malik olsa da, poliuretan materiallarına bənzəyir.

Belə bir mürəkkəb üzvi maddənin olması tədqiqatçılara Yer kürəsində həyatın yaranmasına səbəb ola biləcək kimyəvi proseslərlə bağlı yeni faktlar verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
yeniavaz.com

2Mənbələr