AZ

“Ermənistan dağılmaq ərəfəsindədir” - Erməni analitik

“Dekabrın 1-də ATƏT-in Minsk Qrupunun rəsmi olaraq ləğv edildiyi elan edildi. Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq səviyyədə tanınmış proses dayandırılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Qarabağın səhifəsinin bağlandığını elan etdi”.

Missiya.Az xəbər verir ki, bu sözləri erməni analitik Harutyun Avetisyan deyib.

Onun sözlərinə görə, erməniliyin parçalanması son mərhələyə çatıb və Nikol Paşinyanın “dördüncü respublika” elan etməsi ilə başa çatacaq ki, bu da Ermənistan Respublikasının faktiki ləğvinə bərabər olacaq.

“Eyni prinsiplə o, Ermənistan Respublikasını da ləğv etmək niyyətindədir. Ermənistan ictimaiyyəti hələ də bu ləğvetmə seriyası ilə barışır. Əmlakını itirən və iflas inzibatçısından qırıntılar gözləyən uğursuz bir sahib kimi”, - deyə Avestian bildirib.

Daşqın HəsənovMissiya.Az

 

Seçilən
13
missiya.az

1Mənbələr