AZ

“Məndən narkotik istədi” – Kürdəmirdəki qətlin təfərrüatı

BAKI, 4 dekabr. TELEQRAF

Kürdəmir rayonunda həmkəndlisini bıçaqlayaraq öldürən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilənşəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin mayın 30-da Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

Məhkəmədə Fəqan Əzizov ifadəsində bildirib ki, hadisə günü evdə tək olduğu vaxt Hafiz Nuriyev onun qapısını döyüb. Hafiz Nuriyev ona qardaşı oğlu Babək və həmkəndliləri İlqarla yeyib-içdiklərini, istifadə etmələri üçün onlara narkotik vasitə verməsini deyib. O isə Hafizə onda narkotik vasitə olmadığını, çıxıb getməsini deyib və qapını örtüb:

“Lakin evə daxil olmamış Hafiz yenidən qapını şiddətlə döydü və məni söyməyə başaldı. Bu zaman Hafiz Nuriyevin əvvəllər adam öldürməsinihəmkəndliləri Afini bıçalamasını nəzərə alaraq üzərimdə mətbəx bıçağıgötürdüm. Küçədə Hafiz mübahisə etdi, məndə narkotik vasitə olduğunu, nə üçün ona vermədiyimisoruşdü. Mən də narkotikdən uzaq olduğumu bildirdim. Bundan sonra Hafiz nalayiq sözlər işlətdi, aramızda mübahisə başladı. Hafizin əli cibində olduğundan, məni bıçaqla vuracağını düşündüm. Hafizə bir dəfə zərbə vurmuşam. Onu öldürmək məqsədim olmayıb”.

Qeyd edək ki, zərbə zamanı bıçaq Hafiz Nuriyevin boyun nahiyəsinə tuş gəlib.

Hadisədən sonra Fəqan Əzizov qaçaraq gecəni qəbirstanlıqda yataraq keçirib. Növbəti gün isə polis əməkdaşları tərəfindən yeri aşkar edilərək saxlanılıb.

Seçilən
58
2
teleqraf.com

3Mənbələr