AZ

SEPAH-la bağlı Ukraynaya çağırış edildi

BAKI, 4 dekabr. TELEQRAF

İsrail xarici işlər naziri Gideon Saar Yerusəlimdə (Qüds) Ukrayna baş nazirinin müavini Taras Kaçka ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər söhbət zamanı İrandan gələn təhdidlər və bu mövzuda iki ölkə arasında birgə məsləhətləşmələrin aparılması barədə razılığa gəlibləar.

Saarın ofisi bildirib ki, rəsmilər Rusiya-Ukrayna müharibəsi və İsrail-Ukrayna münasibətləri barədə danışıblar. Xarici işlər naziri bildirib ki, İsrail Ukraynanın çətin vəziyyətindən xəbərdardır. Saar həmçinin Ukraynanı HƏMAS və İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.

Qeyd edilib ki, Rusiyanın təcavüzündən sonra dayandırılmış İsrail-Ukrayna dialoqu, İran təhdidləri ilə bağlı məsləhətləşmələr tezliklə bərpa olunacaq.

Seçilən
115
teleqraf.com

1Mənbələr