AZ

“Liverpul” evdə xal itirdi

İngiltərə Premyer Liqasının 14-cü turunda “Liverpul” öz meydanında “Sanderlend”lə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Oyun 67-ci dəqiqədə Şemsdin Talbinin vurduğu qol ilə başlamışdı. Lakin 81-ci dəqiqədə Nordi Mukiyele avtoqol edərək hesabı bərabərləşdirdi.

Bu heç-heçə nəticəsində “Liverpul” 22 xalla 8-ci sırada yer alır, “Sanderlend” isə 23 xalla 6-cı pilləyə yüksəlib.

Növbəti turda “Liverpul” 6 dekabrda səfərdə “Lids Yunayted”lə oynayacaq, “Sanderlend” isə həmin gün “Mançester Siti”nin qonağı olacaq.

Seçilən
174
90deqiqe.az

1Mənbələr