AZ

BMT Baş Assambleyasında ukraynalı uşaqlarla bağlı qətnamə qəbul olunub

Bakı.Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasınıniclasında ukraynalı uşaqlarla bağlı qətnamə qəbul olunub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Ukraynalı uşaqların qayıdışı” adlı sənədin layihəsi Ukrayna,Kanada və bir sıra Avropa ölkələri tərəfindən birgə şəkildə təqdimolunmuşdu. Qətnamənin leyhinə 91 nümayəndə heyəti səs verib, 57ölkə bitərəf qalıb, Rusiya və başqa 11 ölkə sənədin qəbuluna qarşıçıxıb. Daha 30 ölkədən olan nümayəndə heyətləri isə səsvermədəümumiyyətlə iştirak etməyiblər.

Ukraynalı uşaqların 2014-cü ildən ( Moskvanın Krımı ilhaq etdiyivaxtdan) bəri ailələrindən ayrılması, o cümlədən işğal olunmuşUkrayna ərazilərində köçürülənlər və Rusiyaya deportasiyaolunanlarla bağlı qətnamədə onların aqibəti ilə bağlı dərinnarahatlıq ifadə olunur. Sənəddə bu hərəkətlər işğal olunmuşərazilərdən qorunan şəxslərin zorla köçürülməsini və yadeportasiyasını qadağan edən Cenevrə Konvensiyalarının pozuntusukimi təsvir olunur.

Sənəd zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalıuşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz qaytarılmasının təminedilməsini Rusiyadan tələb edir.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr