Sizi Misli premyer-liqasının 13-cü turunun “Kəpəz” – “Zirə” matçında (0:2) media nümayəndələri üçün yaradılan şəraitlə tanış etmişdik. Belə ki,əvvəlcə media sektorunda PFL-in Əsasnaməsinə uyğun olaraq yerləşdirilməli olan 20 oturacaq yox idi. Bu səbəbdən bəzi jurnalistlər matçı ayaqüstə izləməli oldu. Oyunsonrası mətbuat konfransı da şəraitsiz yerdə keçirildi. 4-5 oturacaq, soyuq otaq...
Bəs, bütün bunlar nə ilə bağlıdı? Vəziyyət belədisə, PFL-in bu idman qurğusunda premyer-liqa oyunlarının keçirilməsinə icazə verməsi nə dərəcədə məqsədəuyğundu?
Qurumun Media və Marketinq direktoru Sənan Abdullayev “Football-plus.az”ın suallarını belə cavabladı:
“Yevlax şəhər stadionunda uzun müddət təftiş aparıldı. İdman qurğusunun oyunların keçirilməsi üçün ən yüksək səvviyədə hazır olmasını istədik. Təkcə meydançada yox, stadionun ətrafında, miks zonada, çəkiliş yerlərində, konfrans otağında bütün detalların Əsasnaməyə uyğun tənzimlənməsinin tərəfdarıyıq. Hər halda, media sektorunda 20 media nümayəndəsinin əyləşə bilməsi üçün şərait var. Görünür, oturacaq sayı az olub. Bu məqamı diqqətdə saxlayacağıq. Məhz həmin matçla bağlı çətinlikdi”.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta