2014-cü ildə yoxa çıxan Malayziya Hava Yollarına məxsus "MH370" reysinin axtarışı bu ay yenidən başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Malayziya Nəqliyyat Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, ABŞ-ın robototexnika şirkəti "Ocean Infinity" də 30 dekabrdan başlayaraq 50 günlük dəniz dibinin hərtərəfli arxtarışında iştirak edəcək.
Qeyd edək ki, 8 mart 2014-cü ildə Kuala Lumpurdan Pekinə gedərkən radarlardan yoxa çıxan təyyarənin göyərtəsində 12 ekipaj üzvü və 227 sərnişin olub. Bütün səylərə baxmayaraq təyyarənin indiyə qədər tapılması mümkün olmayıb.