AZ

İki yeniyetmə ukraynalı qız Türkiyədə hamilə qalıb

Ukraynanın birinci xanımı Yelena Zelenskanın təşəbbüsü ilə həyata keçirilən ukraynalı yetim uşaqların Türkiyəyə təxliyəsi proqramına qatılan iki qız hamilə qalıb.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, 15 və 17 yaşlı qızlar oteldə işləyən yetkin kişilərdən hamilə qalıb.

Uşaqların sözlərinə görə, baxıcılar türklərin azyaşlılarla əlaqə saxlamağa çalışdıqlarını bilsələr də, bunun qarşısını almaq üçün heç nə etməyiblər. Krivoy Roq uşaq evinin qızlarından biri 15 yaşlı Nastya otelin restoranında aşpaz işləyən 23 yaşlı Memi adlı türkiyəli oğlanla tanış olub. Uşaqlar başqa otelə köçürüldükdən sonra da Memi qıza baş çəkməyə davam edib.

"Bəzən müəllimlər onun gəldiyini görüb heç nə demirdilər. Bəzən də onu qovurdular. Hərdən onu içəri buraxırdılar", - Nastyanın internatdakı sinif yoldaşı deyir.

16 yaşında olan başqa bir qız İlona isə otelin aşpazı 21 yaşlı Salehlə görüşürüb. Müəllimlər də onun yaşlı türk kişisi ilə münasibətini biliblər və hətta bəzən birlikdə vaxt keçirmələrinə kömək ediblər.

Qızların hamilə olduğu bəlli olduqdan sonra onları peşə məktəbinə oxumaq üçün Ukraynaya göndəriblər.

Layihə insan hüquqları üzrə ombudsmanın səfərindən 7 ay sonra bağlanıb.

Xəbər 3 dəfə oxunub.
Seçilən
62
xezernews.az

1Mənbələr