AZ

Hikmət Hacıyev Dohada Armen Qriqoryanla GÖRÜŞƏCƏK

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrən 5-də Dohada keçiriləcək forumda iştirak edəcək

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurası yayıb.

Mənbə qeyd edir ki, Hikmət Hacıyev və Armen Qriqoryan “Azərbaycan və Ermənistan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsinə qatılacaqlar

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıb.
 

ABŞ Prezidentinin açıqlamasına əsasən, Ermənistan “Tramp Marşrutu” (TRIPP) (Zəngəzur dəhlizi – red.) çərçivəsində ABŞ-a 99 illik müddətə eksklüziv uzunmüddətli hüquqlar verəcək. Bu hüquqlar Amerika tərəfinə həmin yolun inkişafına imkan verir; yol Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək və Azərbaycan bu yol vasitəsilə Naxçıvanla bağlantı quracaq.


ABŞ isə həmin ərazini infrastruktur və idarəetməyə cavabdeh konsorsiuma verməyi planlaşdırır.

Bizim.Media

Seçilən
30
19
bizim.media

10Mənbələr