BAKI, 4 dekabr. TELEQRAF
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olmuş ərizəyə baxılıb.
Məlum olub ki, dəymiş zərər tam ödənilib. Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş mülki iddia təmin edilib.
Zərərçəkən qurumun nümayəndəsi əlavə tələblərinin olmadığını və barışıq əldə olunduğunu bildirib.
Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.
Daha sonra prokurorçıxış üçün vaxt istəyib.
Növbəti məhkəmə prosesi dekabrın 11-nə təyin edilib.
Qeyd edək ki, Mətləb Hüseynov və Aynaxanım BabayevaCinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.Təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.
İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
Onlar barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.