AZ

Ağdərədə minaya düşən şəxsin SON DURUMU

Xəbər verdiyimiz kimi, ötən gün Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşən 1970-ci il təvəllüdlü şəxsin (kişi) son durumu açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ağdərədə mina partlayıb, xəsarət alan var


Bərdə Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, 1970-cı il təvəllüdlü Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
87
1
bizim.media

2Mənbələr