Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işlərimərhələli şəkildə davam etdirilməkdədir.
Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, bu işlərin davamı kimi Xocavənd rayonunun daha birkəndində evlərin təmirinə başlanılır.
Məlumata əsasən, bu dəfə rayonun Kiş kəndində fərdi yaşayış (40ev – 7600 m2) evlərinin əsaslı təmir işləri aparılacaq. Belə ki,Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetməXidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Fasttech” Məhdud MəsuliyyətliCəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2,656 milyon manat ödənilib.
Beləliklə, bir evin təmiri təqribən 66,4 min manata başagələcək.
İşlərin həvalə olunduğu MMC 2020-ci ildə dövlət qeydiyyatınaalınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisiAxundov Şəmsi Şöhlət oğludur.