AZ

3 min könüllünün iştirakı ilə festival təşkil olunacaq

Azərbaycan Könüllülük Həftəsi ənənəvi olaraq Prezident İlham Əliyev tərəfindən hansı il elan olunursa, həmin ilə həsr olunur. Bu il də müvafiq olaraq Azərbaycan Könüllülük Həftəsi "Konstitusiya və Suverenlik İli"nə həsr olunub. Bu çərçivədə on gün ərzində on layihə həyata keçiriləcək. Həftə beş mövzunu, 18 regionu əhatə edəcək. Nəticədə 17 min könüllü vasitəsilə 60 min gəncə çatmaq imkanına malik olacağıq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Azərbaycan Könüllülük Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Azərbaycan Könüllülük Həftəsi çərçivəsində keçiriləcək tədbirlər barədə məlumat verən V.Əliyev bildirib ki, həftənin ən irimiqyaslı tədbirlərlərindən biri Azərbaycan Könüllülülərinin Həmrəylik Forumudur. Səkkizinci dəfə keçiriləcək Forumda 2 min 500-ə yaxın Azərbaycan könüllüsü iştirak edəcək.

"Azərbaycan Könüllülük Həftəsi çərçivəsində biz bu il növbəti illərdən fərqli olaraq böyük festivalın keçirilməsini də nəzərdə tutmuşuq. Bu, Azərbaycan Könüllülük Həftəsi çərçivəsində bir ilk olacaq. "Birlikdə 5 il" adlanan festival çərçivəsində 3 minə yaxın Azərbaycan könüllüsü ilə əyləncəli tədbir təşkil olunacaq.

Keçiriləcək tədbirlərdən biri olan "Zəfər atışı" atıcılıq turniri simvolik layihədir. Bu xüsusda antiterror əməliyyatlarının simulyasiyasını Azərbaycan könüllülərinin iştirakı ilə həyata keçirməyi planlaşdırmışıq. Sonda qalib komandalar müəyyənləşəcəklər.

Bu il Zəfərin beş illiyi ilə yanaşı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının da 5 yaşı tamam olur. İttifaq 32 dövlət qurumunun könüllülük təşkilatını öz çətiri altında birləşdirib. Bizim əsas məqsədlərimizdən biri könnüllüyün populyarlaşdırılması, ölkə ərazisində və xaricində genişləndirilməsindən ibarətdir. Dövlət qurumlarında il ərzində könüllülük fəaliyyəti geniş vüsət alsa da, biz Azərbaycan könüllülük modelinin beynəlxalq sferada da öz əksini tapmasında maraqlıyıq", - deyə V.Əliyev bildirib.

Seçilən
34
50
ikisahil.az

10Mənbələr