AZ

Sumqayıt Teatrı Milli Dram Teatrının səhnəsində “Varlı ev” quracaq

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 15-də Sumqayıt Dövlət Dram Teatrının kollektivi Akademik Milli Dram Teatrının səhnəsində məşhur osetin dramaturqu Georgi Xoqayevin “Varlı ev” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək. Səhnə əsərində obrazları Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, aktyorlar Oqtay Mehtiyev, Habil Xanlarov, Şəmistan Süleymanlı və Məryəm Hüseynli canlandıracaqlar.

Bunu AZƏRTAC-a açıqlamasında Sumqayıt Dövlət Teatrının mətbuat katibi Turan Etibaroğlu deyib.

Onun sözlərinə görə, səhnə əsərində XX əsrin əvvəllərində sərt ailə qaydaları altında yaşayan ailənin bədbəxtliyi və var-dövlətə olan həsrətin insanları necə parçaladığı nümayiş olunur.

Turan Etibaroğlu bildirib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, pyesi rus dilindən tərcümə edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur. “Varlı ev”in musiqi tərtibatı Şəmistan Muradxanlıya məxsusdur.

 

Seçilən
10
3
azertag.az

4Mənbələr