AZ

Fransanın Periqor regionunda ördək fermalarında quş qripi təlaş yaradıb

Paris, 4 dekabr, AZƏRTAC

Fransada quş qripinin yenidən yayılması Periqor (Périgord) regionunda ördək yetişdirən fermerlər arasında ciddi narahatlıq yaradıb. Dekabrın 1-dən ölkə üzrə 81 yoluxma ocağı təsdiqlənib, Dordony (Dordogne) departamentində isə beşinci yoluxma halı qeydə alınıb. Ötən iki il ərzində məcburi peyvənd sayəsində bölgə epizootiyadan qorunmuşdu, lakin xəstəlik bu il bayramlar ərəfəsində yenidən yayılmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, fermerler biotəhlükəsizlik səbəbindən təsərrüfatlarına yaxınlaşmağın qadağan olduğunu bildirirlər. Peyvənd tədbirlərinə baxmayaraq, virusun yenə də yayıldığını deyirlər. Bölgədə bütün təsərrüfatların müvəqqəti bağlandığı bildirilir. Prefektura 10 km radiusda heyvanların hərəkətini qadağan edib. Bir çox sahələrdə istehsal dayanıb.

Périgord Ördək İstehsalçıları Assosiasiyasının prezidenti Olivye Palenşe peyvəndin 100% qoruma vermədiyini, ancaq virusun yayılmasını ləngitdiyini bildirib. O, quş qripindən zərər çəkmiş fermerlər üçün təzminat tələb edir və dövlətin peyvəndin maliyyə yükünü paylaşmağa davam etməli olduğunu deyib.

Seçilən
73
2
azertag.az

3Mənbələr