Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə həyata keçirilən "Ukraynalı yetim uşaqların Türkiyəyə təxliyəsi proqramı"na qatılan iki qızın hamilə qalması mübahisələrə səbəb olub.
Publika.az xəbər verir ki, bununla bağlı təfərrüatları "NV.ua" açıqlayıb.
Bildirilir ki, Ukraynada müharibə başlayandan sonra kimsəsiz uşaqlar xaricdəki internat məktəblərindən Türkiyəyə daşınıb. Sakinlərdən biri deyir ki, əvvəlcə uşaqlara lazım olan hər şeyi alıblar, amma sonradan fondun nümayəndələri pulun az olduğunu və layihənin bağlanacağını bildiriblər.
Layihə təxminən on milyon dollara başa gəlib. Daha çox vəsait toplamaq üçün fond uşaqları işə götürməyə başlayıb. Yetkinlik yaşına çatmayanlar böyüklər üçün rəqs etməyə və mahnı oxumağa məcbur olduqlarını bildiriblər. Əgər imtina etsələr, telefonlarını müsadirə etməklə və yeməklərini məhdudlaşdırmaqla cəzalandırılırdılar. İnsan Hüquqları Müvəkkili Aparatı ukraynalı yetim uşaqların vəziyyəti ilə tanış olmaq üçün Türkiyəyə səfər edərkən, uşaq hüquqlarının pozulması, o cümlədən psixoloji və cinsi zorakılıq halları üzə çıxıb. Üstəlik, iki azyaşlı uşağın hamilə olması xəbəri böyük səs-küyə səbəb olub.
Qeyd olunur ki, 15 və 17 yaşlı iki qız oteldə işləyən yetkin əcnəbilərdən hamilə qalıb. "Krivı Roq" uşaq evinin qızlarından biri 15 yaşlı Nastya otelin aşpazı 23 yaşlı Mami adlı türk oğlanla tanış olub. Başqa otelə köçsələr də görüşməyi davam etdirib.