AZ

Azərbaycan Könüllülük Həftəsi çərçivəsində keçiriləcək tədbirlər gənclərin şəxsi inkişafına töhfə verəcək

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanda könüllülük hərəkatının ilk iştirakçıları ASAN könüllüləri olub. Hazırda təkcə "ASAN xidmət"də deyil, digər dövlət qurumlarında da könüllülük fəaliyyətləri təşkil olunur. Burada könüllülər istər vətəndaşa düzgün xidmət, istər peşə və digər bacarıqları öyrənmiş olurlar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin Könüllülərlə iş sektorunun müdiri Böyükxanım Babayeva Azərbaycan Könüllülük Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

B.Babayeva bildirib ki, "ASAN xidmət" artıq 8 ildir Azərbaycan Könüllülük Həftəsinin təşkilində tərəfdaş olaraq fəal iştirak edir. Bu il də həftə çərçivəsində keçiriləcək tədbirlər gənclərin bir-biri ilə kommunikasiya qurmasına, şəxsi inkişafına töhfə verəcək. Onlar cəmiyyətə faydalı olmağın real təcrübə üzərində nümunəsini öyrənmiş olacaqlar. "Hazırda gənclərimiz öz bilik və bacarıqları, öyrənməyə olan həvəsləri və mədəniyyətləri ilə nümunəvi gənc modelinə çevriliblər", - deyə B.Babayeva diqqətə çatdırıb.

 

Seçilən
27
azertag.az

1Mənbələr