ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
“Fəaliyyət göstərmişəm, tədqiqat aparmışam və müşahidə etmişəm ki, çətin günlərdə həm qurumların, həm də könüllülərin göstərdiyi dəstək gələcək nəticələrin əldə olunmasına böyük töhfə verir. Bu sahədə Gənclər və İdman Nazirliyi həqiqətən də lider qurumlardan biridir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2025” ilə bağlı keçirilən mətbuat konfransında deyib.O bildirib ki, 2020-ci il ölkəmizdə “Könüllülük ili” elan edildikdən sonra bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Könüllülük tarixi daha əvvəldən mövcud idi, lakin 2020-ci ilin bu sahəyə verdiyi dəyər çox böyük oldu. Həmin il könüllülərə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və sevgi bunun bariz nümunəsidir. Artıq bu sahənin 5 illik möhkəm qanunvericilik bazası formalaşıb".Ü. Axundova qeyd edib ki, Azərbaycan könüllüləri istər pandemiya dövründə, istərsə də müxtəlif sosial vəziyyətlərdə cəmiyyətin bütün təbəqələrinə dəstək olublar: “Bu fəaliyyət gənclərə əməyə sevgi aşıladı. Hər bir könüllünün fəaliyyəti sonrakı könüllülər üçün motivasiya mənbəyinə çevrildi".Nazirlik rəsmisi vurğulayıb ki, bu il ölkəmizdə mühüm tarixi mərhələlər qeyd olunur: “30 illik müstəqilliyimizi və Zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Gənclərimiz könüllü fəaliyyətdə olduğu kimi, beynəlxalq arenalarda da ölkəmizi fəal şəkildə təmsil edirlər. Qarabağda keçirilən beynəlxalq tədbirlər və orada aparılan könüllü fəaliyyətlər xüsusi önəm daşıyır".O bildirib ki, könüllülük cəmiyyət üçün strateji əhəmiyyət daşıyır: “Əgər sağlam cəmiyyət və məsuliyyətli gənclik istəyiriksə, könüllülük bu baxımdan olduqca vacibdir. Gənclər və İdman Nazirliyi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə könüllüləri müxtəlif təşəbbüslərlə dəstəkləyir".Ülviyyə Axundova bu gün keçirilən tədbirin miqyasına da diqqət çəkib: “Bugünkü tədbirdə 3500-dən artıq könüllünün iştirakı göstərir ki, bu sahəyə maraq çox yüksəkdir. Forumlar, düşərgələr, festivallar və müxtəlif layihələr vasitəsilə gənclərə daha geniş imkanlar yaradılır".Sonda o bildirib ki, könüllülərin sayı ildən-ilə artacaq və onların cəmiyyətə verdiyi töhfələr daha da güclənəcək: “Biz qurum nümayəndələri olaraq bu fəaliyyətlərə daim dəstək olmağa hazırıq. Gənclər siyasətimiz sistemli və uğurlu istiqamətdə inkişaf edir".
Müəllif: Günel Fərzəliyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.