AZ

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda təmsil olunur

Yazını böyüt
Yazını kiçilt

Almatıdakı Mülki Aviasiya Akademiyasında ISATECH 2025 Beynəlxalq Simpoziumu keçirilir.

Hafta.az Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinə istinadən xəbər verir ki, simpoziumda Qazaxıstan, Azərbaycan, Vyetnam, Çin, Qırğızıstan, Latviya, ABŞ, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan alimlər iştirak edirlər. Aviasiya şirkətlərinin nümayəndələri və aviasiya texnologiyaları tərtibatçıları da məruzələri təqdim ediblər.

Bu tədbir aviasiya, rəqəmsal texnologiyalar və intellektual sistemlər sahəsində mövcud trendlərin və innovativ həllərin müzakirəsi üçün əsas platformadır.

ISATECH 2025-in xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, gələcək texnologiyaların praktik tətbiqinə: aviasiya proseslərinin rəqəmsal transformasiyasına, intellektual nəqliyyat sistemlərinə, süni intellekt və böyük məlumatların istifadəsinə, “yaşıl texnologiya”ların inkişafına və uçuş təhlükəsizliyinin artırılmasına yönəlib.

Konfrans beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirir, yüksək reytinqli jurnallarda dərc olunma imkanlarını genişləndirir və iştirakçılara qlobal texnologiya trendlərində istiqamətlənməyə kömək edir.

Seçilən
101
hafta.az

1Mənbələr