Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda işsizlikdən sığortahaqları üzrə daxilolmalar 203 milyon manat təşkil edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 10,4 faiz çoxdur.
Qeyd edilib ki, dövr ərzində qeyri-büdcə təşkilatları üzrədaxilolmalar isə 11,4 faiz artıb və 155 milyon manat olub.
Belə ki, ötən ilin eyni dövründə işsizlikdən sığorta haqlarıüzrə daxilolmalar 183,9 milyon manat təşkil etmişdi.