AZ

Yaşayış evi yanaraq külə döndü – 100 min manata yaxın ziyan

Kürdəmir rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb.

NOCOMMENT.az xəbər verir ki, Kürdəmir rayonunun Sığırlı kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Belə ki, kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus, ümumi sahəsi 130 kvadratmetr olan iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi yanaraq tamamilə külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın operativ şəkildə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Ev sahibinin verdiyi məlumata görə, yanğın nəticəsində ona təxminən 100 min manata yaxın maddi ziyan dəyib.

İlkin ehtimallara əsasən, yanğının elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yarandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
62
nocomment.az

1Mənbələr