AZ

“Rusiya Ukrayna cəbhəsində vəziyyət tamamilə dəyişəcək”

Adelet.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət belədir ki, Rusiya müvəqqəti hərbi üstünlüyə malikdir və bunun indiki halda da belə olması müəyyən dərəcədə diplomatiyanın zəif olmasından irəli gəlir. Çünki hazırda ABŞ-nin Ukraynanı aktiv müdafiə etməməsi, Rusiya ilə apardığı səmərəsiz danışıqların nəticəsi istər-istəməz Rusiya tərəfinə müəyyən güc impulsu verir”. 

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

Onun sözlərinə görə, bu o demək deyil ki, Rusiya istəyinə çox tezliklə nail olacaq:

“Bu mümkünüzdür. Təkcə hərbi yox, həm də hərbi siyasi, diplomatik baxımdan. Bu o anlama gəlmir ki, Avropa Ukraynanın arxasından çəkilir. Əksinə, Avropa Birliyində dünəndən belə bir təkliflər səsləndirirlər ki, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün Avropa özünün təkliflərini hazırlamalıdır. Yəni ABŞ-nin təkliflərini müzakirə etməli deyil.  Digər tərəfdən bu məsələdə ciddi rol oynayan üç ölkə Ukraynaya kifayət qədər aktiv dəstək verir. Bunlar Böyük Britaniya, Fransa və Almaniyadır. Həm silah-sursatla təmin olunması, həm də diplomatik cəbhədə Ukraynanın müdafiə olunması ilə bağlı ciddi səylər göstərilir. Mənə elə gəlir ki, ən yaxın günlərdə Rusiya-Ukrayna cəbhəsində vəziyyət tamamilə dəyişəcək”. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
adalet.az

2Mənbələr