AZ

Putin: “Rusiya onsuz da Donbası və ‘Novorossiyanı’ ələ keçirəcək” – VİDEO

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Donbası və “Novorossiyanı” istənilən halda ya hərbi yol, ya da başqa vasitələrlə öz nəzarətinə alacaq.

Paralel.az xəbər verir ki bu barədə o, Hindistana dövlət səfəri ərəfəsində “India Today” telekanalına verdiyi müsahibədə danışıb.

“Bütün proses buna doğru gedir. Ya biz bu əraziləri silahlı yolla azad edəcəyik, ya da Ukrayna ordusu həmin torpaqları tərk edib orada döyüşü dayandıracaq”, – deyə Putin bildirib.
 

Putinin bu sərt çıxışı xüsusilə diqqət çəkib, çünki bir neçə gün əvvəl Moskvada keçirilən Putin–Uitkoff-Kuşner görüşü nəticəsiz başa çatmışdı. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və siyasətçi Cared Kuşner р Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün müxtəlif diplomatik təkliflərlə gəlmişdilər. Lakin tərəflər heç bir razılaşmaya yaxınlaşa bilməyib.


Diplomatlar görüşdən sonra mətbuata açıqlama verməsələr də, mənbələrin sözlərinə görə, Moskva təqdim olunan planları “real deyil” kimi qiymətləndirib. Bundan sonra Putinin sərt bəyanat verməsi ekspertlər tərəfindən görüşün tamamilə nəticəsiz keçdiyinin göstəricisi kimi qiymətləndirilir.


Seçilən
41
50
paralel.az

10Mənbələr