AZ

“Amerikanın Səsi”nin xarici büroları bağlanır


ABŞ Prezidenti Donald Trampın administrasiyası məhkəmənin qərarına baxmayaraq, dövlətə məxsus “Amerikanın səsi” radiostansiyasında ixtisarları davam etdirmək niyyətindədir.
Yeniavaz.com
“The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, “Amerikanın Səsi”nin də daxil olduğu ABŞ Qlobal Media Agentliyinin (USAGM) rəhbəri Keri Leyk ABŞ hakimiyyətinin radiostansiyanın altı xarici xəbər bürosunu və dörd marketinq ofisini bağlamaq niyyətində olduğunu qeyd edib.
O, ixtisarlar üçün hədəflənən ölkələrə İndoneziya, Pakistan, Keniya və Çexiyanın daxil olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın sonunda Kolumbiya dairəsinin hakimi ABŞ administrasiyasının USAGM-nin 532 əməkdaşını ixtisar etmək qərarını dayandırıb. Məhkəmə faktiki olaraq ABŞ icra hakimiyyətindən “Amerikanın Səsi”, “Azadlıq”/”Azad Avropa” və digər USAGM platformalarının 532 əməkdaşını işdən çıxarmaq qərarını ləğv etməyi tələb edib.
Digər tərəfdən, martın 14-də ABŞ Prezidenti Donald Tramp federal bürokratiyaya qarşı mübarizəsinin bir hissəsi olaraq USAGM-ni ləğv edən sərəncam imzalayıb. Daha sonra ABŞ hökumətinə qarşı USAGM-lə bağlı qəbul edilmiş qərarları ləğv etmək istəyən bir neçə iddia qaldırılıb. İddiaçılar ilk növbədə radio və televiziya stansiyalarının bəzi əməkdaşları olub.
Seçilən
120
yeniavaz.com

1Mənbələr