AZ

Torpaq bazarında qiymət artımı - Ekspert səbəbləri açıqladı

Son aylarda torpaq sahələrinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Bu yüksəliş həm kənd təsərrüfatı, həm də tikinti sektorunda marağın artması ilə bağlıdır. İnsanlar investisiya məqsədilə torpaq sahələrinə daha çox diqqət yetirir, bu da bazarda təklif və tələb nisbətinə təsir göstərir. Qiymət artımı həm də ərazilərin inkişaf perspektivi və infrastruktur imkanları ilə əlaqələndirilir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımov bildirib ki, xüsusilə boş torpaq sahələrinin sayı məhduddur:

"Torpaq digər əmlak növləri ilə müqayisədə artmayan və regenerasiya olunmayan əmlak kateqoriyasına aiddir. Onun həcmi azalma meyli göstərir.Eyni zamanda, torpağın sənədləşdirilməsi və bu istiqamətdə qəbul olunan qərarlar ilbəil qiymət artımına təsir göstərir. Məsələn, 2025-ci ildən etibarən torpaq məcəlləsinə edilən dəyişikliklər nəticəsində bələdiyyə torpaqlarının satışında mütləq qiymətləndirmə tələbi tətbiq olunub. Satış yalnız bazar dəyərinə uyğun həyata keçirilə bilər. Bu isə qiymətlərin yüksəlməsinə səbəb olub",- deyə ekspert qeyd edib.

Ekspert əlavə edib ki, bənzər şəkildə, dövlət əmlakının satışı zamanı da bazar qiymətləri tətbiq olunur ki, bu da sənədli torpaqların qiymətinin artmasına paralel olaraq təsir göstərir:

"Xüsusilə şəhərin mərkəzinə yaxın və tikinti üçün yararlı torpaq sahələri demək olar ki, yox səviyyəsindədir. Bu da bütövlükdə torpaq sahələrinin qiymətinin artmasına gətirib çıxaran əsas amillərdəndir"- deyə qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
49
missiya.az

1Mənbələr