AZ

Yeniyetmələr TƏHLÜKƏDƏ: İnternet oyunları CAN ALIR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"İndi elə bir dövrdəyik ki, kasıb təbəqə üçün telefon həm təhsil vasitəsidir, həm ünsiyyət qurmaq üçün həm də əyləncə vasitəsidir".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.O, bildirib ki, bir zamanlar Azərbaycanda demək olar ki, hər binanın qarşısında idman meydançası, pulsuz idman dərnəkləri, texniki dərnəklər fəaliyyət göstərirdi:"Bu gün isə bunların demək olar ki, heç biri yoxdur. Məsələn, Nizami rayonunda mənim tanıdığım cəmi iki dərnək yeri var və onlar da Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bu imkanların olmaması və valideyn üzərindəki yükün çoxalması uşaq üçün əlavə çətinlik yaradır. Əvvəllər valideyn səhər 9-da işə gedib, axşam 6-7-də evə qayıdırdı və ailəsini dolandıra bilirdi. Bu gün isə valideyn artıq o gücdə deyil, səhər evdən çıxır, axşam evə gələndə uşağa vaxt ayıra bilmir".Sosioloq bildirib ki, bu şəraitdə uşaqlar internet və telefon vasitəsilə həm əylənir, həm dərs öyrənir, həm də ünsiyyət qurur, amma eyni zamanda pul mənbəyi olan saytlar və oyunlarla qarşılaşır:"Uşağın psixikası buna hazır olmadığı üçün faciələr baş verir. Bu səbəbdən valideynin uşağın fəaliyyətinə ciddi nəzarəti vacibdir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
demokrat.az

1Mənbələr